Ana səhifə
17 Dekabr 2018

“Apple” rəhbəri yeni “iPhone”ların baha olmasını belə əsaslandırdı

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək buraxılan ən mükəmməl smartfonlar olması ilə izah edib.

O, “iPhone XS” və “XS Max” modellərinin istifadəçi üçün bütün digər qurğuları əvəz edə bildiyini söyləyib:

“Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb”.

Qeyd edək ki, “Apple” şirkəti tərəfindən yeni “iPhone XS”, “XS Max” və “XR” modelləri sentyabrın 12-də təqdim olunub. “iPhone Xr” 749 dollar, “iPhone Xs” 999 dollar, “iPhone Xs MAX” isə 1099 dollardan başlayan qiymətlərlə 28 sentyabrdan etibarən satışa çıxarılacaq.qafqazinfo

Tarix
24 Sentyabr 2018 [21:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin