Ana səhifə
21 Oktyabr 2018

Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub

Azərbaycan kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyənin Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.trend

Tarix
24 Sentyabr 2018 [20:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin