Ana səhifə
10 Dekabr 2018

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda  “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır. Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək.

Sonda ümumi nəticələr hesablanaraq “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.

Tarix
24 Sentyabr 2018 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin