Ana səhifə
10 Dekabr 2018

Bruselyoza qarşı peyvəndləmə davam etdirilir

Azərbaycanda epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı “S-19” ştammı ilə peyvəndləmə davam etdirilir. 

Sentyabrın 17-dən etibarən Dövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin mütəxəssisləri iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmənin gedişatını, peyvəndləmənin təlimata uyğun həyata keçirilməsini və keyfiyyətini qiymətləndirmək məqsədi ilə Neftçala, Masallı, Salyan, Qusar, Lənkəran, Saatlı, İmişli, Ucar, Şəmkir və Qazax rayonlarında olublar.

Tədbir çərçivəsində rayonların hər birində 3-8 aylıq yaş qrupuna daxil olan, S-19 ştammı ilə peyvənd edilən, 21 gündən sonra qanında immunitetin gərginliyini müəyyən etmək üçün seroloji müayinə aparılması nəzərdə tutulan 30 baş iribuynuzlu heyvana fərdi qaydada birka (heyvanın qulağına vurulan sırğa) vurulub.
Səfər çərçivəsində peyvəndləmənin həyata keçirilməsində “soyuq zəncir” prinsipinə və təhlükəsizlik qaydalarına əməl olunmasına, xüsusi geyim formalarından və qoruyucu vasitələrdən istifadə edilməsinə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün biotəhlükəsizlik torbalarından istifadə olunmasına və peyvəndləmə aparılan ərazilərin dezinfeksiya edilməsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlər zamanı lazım olan avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.

Cari ilin ötən 8 ayı ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. 2018-ci ilin ötən 8 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda “S-19”  vaksini ilə peyvəndləmə işləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin ilk 8 ayı ərzində 518760 baş iribuynuzlu, 150764 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Hazırda ölkə ərazisində bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir.

Tarix
24 Sentyabr 2018 [15:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin