Ana səhifə
17 Oktyabr 2018

"ARB24" televiziya kanalının yayımı dayandırılıb

Bu gündən "ARB24" televiziya kanalının yayımı dayandırılıb.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, ARB:24-ün yayımının dayandırılmasına səbəb, oktyabrın 1-dən ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərməsi olacaq.

Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.

Qeyd edək ki, "ARB:24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev bu gün tutduğu vəzifələrdən azad ediliblər.

Tarix
24 Sentyabr 2018 [15:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin