Ana səhifə
19 Oktyabr 2018

Bakıda “7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018” təşkil olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku – 2018”də iştirak edib

Azərbaycan Respublikası Hökumətinin və “Caspian European Club”un dəstəyilə Bakıda “7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018” təşkil olunub. 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, Forumda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Nazir müavini qeyd edib ki, ölkə rəhbərliyinin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin  mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan  modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” adlı Fərmanı ilə yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzləri də bu istiqamətdə mühüm innovativ yeniliyə yol açan addımlardan biridir. 

İlin əvvəlində qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” qanunundan danışan nazir müavini bildirib ki, bu qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. M.Kərimli yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə də məlumat verərək bildirib ki, bu qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. 
O, bu Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorlarının hazırlandığını və peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələrin aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərildiyini bildirib.
Nazir müavini ölkə rəhbərliyi tərəfindən qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlərin görülməsi, burada həm inzibati, həm də institusional elementlərdən istifadə olunması, bağlanmış iş yerlərinin təhlilinin aparılması, hər il 7 min insanın özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı tapşırıqlar verdiyini də diqqətə çatdırıb. 

“Caspian Energy Forum” Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərində ildə bir neçə dəfə keçirilir və biznes-hökumət dialoqunun aktivləşməsinə, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulmasına münbit şərait yaradan, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün öz səmərəliliyi ilə seçilən ənənəvi tədbirdir.

 

Tarix
24 Sentyabr 2018 [14:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin