Ana səhifə
16 Fevral 2019

"Arsenal" "Qarabağ"la oyun ərəfəsində futbolçu itkisi ilə üzləşib

Yunanıstanlı müdafiəçi zədələnib

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubu futbolçu itkisi ilə üzləşib. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı müdafiəçi Sokratis Papastatopulos “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri İngiltərə Premyer Liqasının VI tur matçında zədələnib.

Dizindən xəsarət alan 30 yaşlı oyunçu 39-cu dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-də məhz “Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Tarix
24 Sentyabr 2018 [19:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin