Ana səhifə
16 Fevral 2019

ETSN: Xəzərin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb - Video

 "Xəzər dənizinin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov deyib. Onun sözlərinə görə, bu təbii fəlakət Xəzərin Azərbaycan hissəsi üçün xarakterik deyil: "Ona görə xarakterik deyil deyirik ki, bu günə kimi müşahidə olunmayıb".

"Sosial şəbəkələrdə yayılan videonun Xəzər dənizində olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır" - deyə, direktor bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə azərbaycanlı tərəfindən çəkilmiş, tornadonun əks olunduğu video yayılıb. Sosial şəbəkə istifadəçiləri isə bu videonun Xəzər dənizinin Azərbaycan hissəsində çəkildiyini iddia edirlər.

Tarix
24 Sentyabr 2018 [13:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin