Xəbərdarlıq: Temperatur aşağı enəcək, külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Tarix
24 Sentyabr 2018 [13:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin