Ana səhifə
12 Dekabr 2018

Fədayə Laçının məhkəməsində şahid: Qatara minən kimi yatmışam

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Əli Dadaşov bildirib ki, Bakıdan-Lənkərana etap olunan dustaqlardandır həbs olunanlardan heç birini tanımır: "Həmin gün etap olunmuşam. Lakin qatara minən kimi yatmışam. Bir də düşəndə durmuşam. Heç nədən xəbərim olmayıb".

Məhkəmədə şahidin istintaqa verdiyi ifadə elan edilib. İfadədə göstərilib li, "Qoca" ilə Tahir Məlikov onunla bir neçə dəfə etap olunub: "Həmin vaxtı onlar qatarda sərbəst hərək edirdilər. Qatarda iki nəfərlik kupelər vardı. Həmin kupelər dustaqlara pulla satılırdı. Tahirlə "Qoca" həmin pullu yerlərdə gedib-gəlirdilər".

Şahid istintaqda belə bir ifadə vermədiyini, onun adından müstəntiqin yalan ifadə yazdığını bildirib.

Daha sonra prosesdə şahid qismində dindirilən Cəlil Əliyev də bildirib ki, istintaqa ifadə verməyib və yalnız sənədlərə qol çəkib: "Dustağam, dedilər qol çək mən də çəkdim. Hadisə olan vaxtı etap olunan dustaqlardan biri olmuşam. Heç nə görməmişəm. "Qoca"nı dustaq kimi tanımışam. Bir neçə dəfə onla birgə etap edilmişik".

Şahidin istintaqa verdiyi ifadəsində isə bildirilib ki, "Qoca" vaqonda rahat gəzirdi: "O çox sərbəst idi. Ədliyyə işçiləri ilə çox mehriban idi. Bu mənə çox təəccüblü gəlirdi. "Qoca" dəhlizdə o yana-buya rahat gəzirdi, kameralara baxırdı. Orda "Qoca"ya göy rəngli çanta verdilər".

Şahid bu sözlərin heç birinin ona aid olmadığını bildirib.

Vəkil Eynulla Vəliyev bu gün dindirilən hər iki şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb etsə də, vəsatət baxılmamış saxlanılıb.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.

Tarix
24 Sentyabr 2018 [12:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin