Ana səhifə
17 Oktyabr 2018

Saatlıda kürəkən qayınananı qətlə yetirib, arvadını bıçaqlayıb

Saatlıda kürəkən qayınananı qətlə yetirib.

DİN-dən verilən məlumata görə, sentyabrın 22-də Saatlı rayonunda yaşayan Hökümə Alışovanın evinə gəlmiş kürəkəni, Qaralar kənd sakini Xəyal Həşimov ona və arvadı Gülbikəyə bıçaqla xəsarət yetirib “Opel” markalı avtomobili ilə hadisə yerini tərk etməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokuqoqluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Hökümə və Gülbikə xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq Hökümənin həyatını xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə qeyd edilən avtomobil həmin gün polis əməkdaşları tərəfindən Seyidlər kəndi ərazisində tapılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həşimov saxlanılıb.

Tarix
24 Sentyabr 2018 [12:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin