Ana səhifə
21 Oktyabr 2018

Xəzərdə batmaqda olan 4 nəfəri xilas edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

DSX-dən Ucnoqta.az-a verilən məlumata görə, 2018-ci ilin 21 sentyabr tarixində saat 10:55 radələrində DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti mən­tə­qəsinə “Çİ-3508” bort nömrəli gəzinti təyinatlı üzmə vasitəsinin mühərriyində yaranmış nasazlıq səbəbindən 4 nəfər heyət üzvünün dənizdə batmaq təhlükəsi ilə üzləşmələri barədə məlumat daxil olub.

Sahil nəzarəti məntəqəsindən alınmış məlumat əsasında DSX Sahil Mühafizəsinin dövlət sərhədinin mühafizəsi xidmətində olan “Şahdağ” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə göndə­rilib və saat 13:00 radələrində Çilov adasından 3 mil məsafədə üzmə vasitəsi aşkar olunub.

Üzmə vasitəsində olan heyət üzvləri – Məmmədov İbad Ramiz oğlu, İbrahimov Əhliman Əlifağa oğlu, Əmrahova Səkinə Ağəli qızı və Xankişiyeva Samirə Həsən qızı xilas edilib, üzmə vasitəsi Çilov adasının liman körpüsünə gətirilib.

Tarix
24 Sentyabr 2018 [11:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin