Ana səhifə
12 Dekabr 2018

Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb

Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr dayanır.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işində dayanıqlı ərzaq və kənd təsərrüfatının rolu" mövzusunda milli seminarda deyib.
O qeyd edib ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsi hazırlanıb. Nazirin sözlərinə görə, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi istiqamətində müvafiq işlər aparılır.

Nazir qeyd edib ki, Azərbaycan kənd təsərrüfatının inkişafına, əhalinin ərzaqla təmin olunmasına xüsusi önəm verir: "Azərbaycan BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı ilə səmərəli əməkdaşlıq edir və bir sıra birgə layihələr həyata keçirir".trend

Tarix
24 Sentyabr 2018 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin