Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədi ilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöldovşanı, sığırçın quşu götürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Tarix
24 Sentyabr 2018 [10:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-09-24 10:12:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin