Ana səhifə
17 Oktyabr 2018

Bakıda daha bir yol çökdü - Foto

Bakıda Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısındakı yolda çökmə hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Bakıya yağan güclü yağış nəticəsində bu ərazidə səki ilə yolun arasında yerləşən kanalizasiya quyusuna su sızıntısı olub.
“Hadisə zamanı yolun altındakı torpaq qatı yuyulub, 2 kvadrat metrlik məsafədə çöküntü qeydə alınıb. Asfalt-beton örtük qismən çöküb. Hazırda bizim əməkdaşlar və “Azərsu” ASC-nin işçiləri əraziyə baxış keçirirlər. Problem yaxın 1 saat ərzində aradan qaldırılacaq”, - deyə qurum rəsmisi qeyd edib.

Tarix
23 Sentyabr 2018 [15:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin