Ana səhifə
16 Fevral 2019

Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi

İl-20 təyyarəsinin vurulmasına görə İsrail Hərbi hava qüvvələri məsuliyyət daşıyır.

Belə bəyanatla Rusiya Müdafiə nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov çıxış edib. “Əldə edilən obyektiv məlumatlar İsrail pilotlarının 15 rusiyalı hərbçinin ölümü ilə nəticələnən hərəkətlərinin ya qeyri-peşəkarlığı, ya da ən azından cinayət tərkibli məsuliyyətsizliyindən xəbər verir”, - Konaşenkov deyib.

Müdafiə nazirliyi qeyd edib ki, İsrail pilotları bilərəkdən Suriya raketlərinə qarşı İl-20 təyyarəsindən sipər kimi istifadə ediblər.

“İsrail pilotu anlayırdı ki, İl-20 təyyarəsinin effektiv əks etmə səthi F-16 qırıcısının analoji göstəricisindən xeyli yüksəkdi və zenit raketi məhz Rusiya təyyarəsini hədəf seçəcək”, - general-mayor əlavə edib.

Müdafiə nazirliyindən bildiriblər ki, F-16 qırıcısı İl-20 təyyarəsinə çox yaxınlaşıb, bu da Suriya tərəfindən təkrar hücum cəhdi kimi dəyərləndirilib.  oxu.az

Tarix
23 Sentyabr 2018 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin