Donald Tramp: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır”

15:12 - 21 Sentyabr 2018 - DÜNYA

“Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır”. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp müstəqillik günü münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi məktubda bildirib. “ATƏT-in Minsk qrupunun həmsdər dövləti kimi ABŞ münaqişənin uzunmüddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır”, -  D.Tramp vurğulayıb.

Xəbər xətti