Bakıda 80 yaşlı kişini avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

15:03 - 21 Sentyabr 2018 - Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elmir Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polisin nəzatinə verilmə qətimkan tədbiri ləğv edilib və E.Mehdiyev məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, E.Mehdiyev sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O, Bakıda idarə etdiyi maşını geri verən zaman 80 yaşlı kişini vurub. Nəticədə kişi dünyasını dəyişib.

İstintaq dövründə E.Mehdiyevin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xəbər xətti