- Hörmətli Qoşqar müəllim, “AtaSığorta” Şirkəti haqqında ümumi məlumat verməyinizi xahiş edirik.
- Qeyd etdiniz ki, 30 növ üzrə sığorta xidməti göstərirsiniz. Müştərlərin daha çox üstünlük verdiyi sığorta növləri hansılardır?
- Bəli, hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstəririk. Qeyd edim ki, bütün sığorta məhsullarından istifadə edilməsi vacibdir. Sığorta növləri iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Bu gün sığorta məhsulunu almaq istəyən müştərilər ilk növbədə icbari növləri alırlar. Sonra isə digər könüllü sığorta növlərini almağa səy göstərirlər.
- “AtaSığorta” könüllü sığorta növləri üzrə növbəti illərdə bazar rəqabətinə necə davam gətirmək niyyətindədir?
- Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. 2018-2020 ci illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, bu il və növbəti illər üzrə könüllü satışlarımızı artıracağıq. Qeyd edə bilərəm ki, 2018-ci ilin 8 ayı ərzində könüllü satışlarımız ötən ilin eyni dövrü ilə müqayisədə 25 % artıb. Şirkətimiz könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsullarını bazara təqdim edib. Sentyabr ayından etibarən daha bir yeni məhsul “Petrollu Kasko” məhsulu müştərilərə təqdim olunub. Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi fiziki və hüquqi şəxslərə yüksək səviyyədə sığorta xidmətləri göstərməklə, onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir.
- Qoşqar müəllim, könüllü növlər üzrə hansi yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?
- Qeyd etdiniz ki, sentyabr ayından “AtaSığorta” ASC sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edib. Xahiş edirik, “Petrollu Kasko” məhsulu haqqında ətraflı məlumat verərdiniz.
- Bəli, “AtaSığorta” ASC sentyabr ayından etibarən sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edir. Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC bu dəfə fərqli və səmərəli şərtlərlə fiziki şəxslərə əlverişli avtomobil sığortası təklif edir. “Petrollu Kasko” məhsulunu əldə etdikdə müştəri həm avtomobili sığortalayır, həm də hədiyyə qazanır. Belə ki, bu məsulu əldə edən müştəriyə sığorta olunan avtomobilin bazar dəyərinin 1 %-i həcmində yanacaq hədiyyə edilir. Hədiyyə olunan yanacaq müştəriyə 2 hissədə təqdim olunur. Yanacağın 50 %-i müqavilə rəsmiləşdirilən zaman, 50 %-i isə 3 aydan sonra müştəriyə verilir.
- “Petrollu Kasko” sığorta məhsulunu online almaq mümkündürmü?
- Bəli, həm “Petrollu Kasko” məhsulunu, həm də “AtaSığorta” ASC-nin digər məhsullarını “AtaSığorta” ASC-nin www.atasigorta.az internet səhifəsindən online sifariş etmək mümkündür. Həmçinin, “AtaSığorta” ASC-nin (012) 936 telefon xətti daim müştərilərin xidmətindədir.
- “Petrollu Kasko” məhsulunu əldə etmək üçün hansı sənədlər tələb olunur?
- Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?
- Sonda əlavə etmək istədiyiniz nəsə qaldımı?
- AtaSığorta şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkürümüzü bildiririk. Biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Ona görə də bızım şuarımız “Sizinlə dost sığorta” dır. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq.