Ana səhifə
19 Oktyabr 2018

Hikmət Hacıyev XİN-dən Prezident Administrasiyasına təyinat alıb

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vəzifədən azad edilib. Məlumatı XİN-dən "Report"a təsdiqləyiblər. Bildirilib ki, nazirliyin sözçüsü vəzifəsinə hələlik yeni təyinat olmayıb. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini kimin icra edəcəyi isə yaxın günlərdə müəyyənləşəcək.

H.Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini təyin edilib. O, bu gündən yeni vəzifəsinin icrasına başlayıb. 

Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu. 

Xatırladaq ki, H.Hacıyevin yeni təyinatı barədə ilk məlumatı "haqqin.az" saytı yayıb. 

Tarix
18 Sentyabr 2018 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin