Ana səhifə
19 Oktyabr 2018

Gəncədə qətl: kişi bacısı qızını qaçırdan 20 yaşlı gəncin boğazını kəsdi

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bir müddət əvvəl Daşkəsən rayonundan olan 20 yaşlı İsayev Asəf Gəray oğlu evlənmək məqsədilə Şəmkir rayon sakinini qaçırdıb.

Bildirilir ki, bir neçə ay bundan öncə Daşkəsən rayonunun 20 yaşlı Almalı kənd sakini Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiyini bildirərək, razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib.

İlkin məlumatlara görə, A.İsayev yenidən qızı qaçırdıb. Buna görə, qızın Şəmkir rayonundan olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu Gəncə şəhərində yaşayan A.İsayevin qohumlarının yaşadığı ünvana gəlib və orada A.İsayevin boğazını kəsərək onu qətlə yetirib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
15 Sentyabr 2018 [23:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin