Ana səhifə
18 Noyabr 2018

Bakıda həbsdə olan şirkət rəhbərinin bir ayağı amputasiya edilib

 Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılov sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə Elçin Babayevin vəkili müdafiə çıxışı edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayət yoxdur.
Belə ki, E.Babayevdən şikayətçi olan "Yeni Yasamal" MTK şikayətini geri götürüb. Şirkətə dəymiş zərər ödənilib və barışıq əldə edilib.
Vəkil müdafiə etdiyi şəxsə şərti cəza təyin edilməsini istəyib.

Daha sonra məhkəmədə məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya (kəsilib) olunub.

Qeyd edək ki, E.Babayev “Ulduz-S” MMC-nin rəhbəridir. O, "Yeni Yasamal" MTK-ya lift aparacağını vəd edib. Bu məqsədlə şirkətdən külli miqdarda pul alsa da, sonradan verdiyi vədinə əməl etməyib.

E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.report

Tarix
14 Sentyabr 2018 [14:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin