Şamaxıda iki avtomobil toqquşdu, ölən var

14:11 - 14 Sentyabr 2018 - HADİSƏ

Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi “Nissan” və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi “UAZ” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət almış B.İmaməliyev xəstəxanada yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.trend

Xəbər xətti