Ana səhifə
18 Noyabr 2018

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Koner Ergünün öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun əməkdaşları K.Ergünün ölkəsinə ekstadisiya edilməsni istəyib.

K.Ergün də öz ölkəsinə ekstradisiya edilməsini tələb edib.

Məhkəmə Türkiyə vətəndaşının ölkəsinə verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, K.Ergün hədə-qorxu ilə tələb etmə ittihamı ilə ölkəsində axtarışda olub. Daha sonra o, Azərbaycanda həbs edilib.

Tarix
14 Sentyabr 2018 [12:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin