Ana səhifə
25 Sentyabr 2018

Bakı metrosunda qatar tuneldə qalıb

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb. 

Ucnoqta.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a faktı təsdiq edib. Onun sözlərinə görə, ləngimə, təxminən, 20 dəqiqə davam edib: "Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.

Tarix
14 Sentyabr 2018 [11:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin