Ana səhifə
16 Noyabr 2018

Dövlət sosial xidmətləri üzrə "e-sosial" internet portalı iki ay ərzində hazır olacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında”  5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalının yaradılması iki ay ərzində reallaşacaq. 

Portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək. Bu istiqamətdə nazirlikdə müvafiq işlər davam etdirilir. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalı mühüm mənbə rolunu oynayacaq. Ümumilikdə nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış formada bu portalda əhatə olunacaq. Geniş funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verəcək.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə nazirliyin tabeliyndə yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda "e-sosial" internet portalı əsas alətlərdən biri olacaq.

Tarix
14 Sentyabr 2018 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin