Ana səhifə
25 Sentyabr 2018

Xəbərdarlıq: Sabah Bakıda bu yollar bağlanacaq

15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkət istiqamətində məhdudiyyət olacaq və istiqamət dəyişdiriləcək.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə parad tam başa çatana qədər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahədən, Bayıl qəsəbəsindən və Bayraq Meydanı kimi tanınan ərazidən, eləcə də Afiyəddin Cəlilov, Yusif Səfərov, 28 May, Səməd Vurğun, Xaqani, Azadlıq, Nizami küçə və prospektlərindən, eyni zamanda Parlament prospekti, Mikayıl Müşfiq və Mehdi Hüseyn küçəsindən Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdiriləcək.

Bölmə rəisinin sözlərinə görə, bu tədbirin möhtəşəmliyini nəzərə alaraq hər bir avtomobil sürücüsü bilməlidir ki, alternativ variantlardan istifadə etmək vacib şərtdir.

Tarix
14 Sentyabr 2018 [11:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin