Ana səhifə
25 Sentyabr 2018

Azəriqaz abonentlərinin sayı 2 milyonu ötüb

2018-ci ilin yanvar-avqust ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 55 689 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”-dan Ucnoqta.az-a verilən məlumata görə, yeni abonentlərin 34 002-i Bakı, Abşeron və Sumqayıt, 21 687-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib.
Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 149 772-ə çatıb.

Tarix
14 Sentyabr 2018 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin