Ana səhifə
19 Sentyabr 2018

Heydər Əliyev Mərkəzində Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.

Mərkəzdən Ucnoqta.az-a verilən məlumata görə, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edəcək.
Konsert proqramında Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunacaq.

Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış edəcəklər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.

Tədbir 20:00-da başlayacaq. Konsertə giriş sərbəstdir.

Tarix
14 Sentyabr 2018 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin