Ana səhifə
16 Noyabr 2018

Yuğ Teatrı mövsümə “Sonuncu” ilə başlayacaq

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü 22 sentyabr saat 19.00-da açacaq.

Teatr 30-cu mövsümə Pərvinin əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayacaq. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənolu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Sentyabr ayında YUĞ Dövlət Teatrında ümumilikdə 5 tamaşa nümayiş olunacaq. Teatr sentyabın 23-də “Fəna” (O.Fikrətoğlu), 28-də “Medeya.Sekvensiya-01” (V.Klim), 29-da “Təklif. Elçilik” (A.P.Çexov), 30-da “Quş dili” (T.Vahid) tamaşaları ilə tamaşaçıların görüşünə gələcək. 

Tarix
14 Sentyabr 2018 [15:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin