Ana səhifə
18 Noyabr 2018

Futbolçulara ən çox məvacib ödəyəcək klub məlum olub

"Barselona" futbolçularına rekord məbləğdə məvacib ödəyəcək

 İspaniya La Liqasında 2018-2019 mövsümündə futbolçulara ən çox məvacib ödəyəcək klub müəyyənləşib. "Report" La Liqanın saytına istinadən xəbər verir ki, "Barselona" cari mövsümdə oyunçulara 632 milyon 971 min avro ödəyəcək. Bu isə İspaniya üçün rekord göstəricidir.

İspaniya çempionatında oyunçulara ən az maaş verən klub isə "Valyadolid"dir. Bu mövsüm La Liqaya vəsiqə qazanan komanda oyunçulara 24 milyon avro maaş verəcək.

İspaniyanın digər nəhəng komandası "Real Madrid" isə bu siyahıda ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi cari mövsümdə oyunçulara 566 milyon 530 min avro ödəməli olacaq. 

Tarix
13 Sentyabr 2018 [21:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin