Ana səhifə
18 Noyabr 2018

Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur

Sentyabrın 13-də Bakıda "Azərbaycan Hava Yolları"nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunub. Qeyd edilib ki, sərnişindaşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.

AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə bildirib ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4 ulduzlu aviadaşıyıcı statusunu doğrulub və Britaniyanın "Skytrax" agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb. Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil "Boeing 737 MAX" təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.

Öz növbəsində, "Buta Airways" (AZAL QSC-nin struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olduğunu deyib. Diqqətə çatdırıb ki, bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açıb. Təyyarə parkının genişlənməsi ilə yaxın vaxtlarda iki yeni "Embraer 190" təyyarəsinin gətirilməsi gözlənilir. Bu istiqamətdə işlər davam etdiriləcək.

"Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov yekun çıxışında vurğulayıb ki, AZAL, "Buta Airways" və "Silk Way Airlines" aviaşirkətləri yaxşı artım dinamikası göstərir və hab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilib.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" şirkəti tərəfindən maksimal 5 ulduz statusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq bu il yüksək beynəlxalq səviyyədə tanınıb. Cari ilin 8 ayında Bakı hava limanı 3,080 milyon sərnişinə xidmət göstərib ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün qeyd edək ki, bu dövrdə Tbilisi aeroportu 2,565 milyon sərnişinə xidmət göstərib, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 milyon nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu, həmçinin böyük bir yük habıdır. Böyük İpək Yolunun bir hissəsi kimi o, Asiya, Avropa və digər qitələr arasında yük daşımalarında tranzit məntəqəsidir. Hazırda "Silk Way West Airlines" yük aviadaşıyıcısının təyyarə parkının genişləndirilməsi, xüsusilə donanmaya yeni "Boeing 777-F" təyyarələrinin əlavə olunması üzrə danışıqlar aparılır.

Cahangir Əsgərov AZAL-ın bütün struktur bölmələrinin göstəricilərinin müntəzəm monitorinqinin aparılmasına, şərəfli və məsuliyyətli vəzifə olan yeni tipli "Boeing 737 MAX" и "Boeing 777-F" təyyarələrini öyrənməsi üçün uçuş heyətinin hazırlığına tapşırıq verib. Təbii ki, bütün bu vəzifələr uçuşların yüksək təhlükəsizlik səviyyəsinə uyğun olmalıdır.

"Rəsmən bəyan edirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun qapıları bütün aviaşirkətlər üçün açıqdır, biz əlçatanıq və hər bir istəyi yerinə yetirməyə hazırıq. Yaxın və uzaq xaricdən aviaşirkətləri xidmətlərin bütün spektrini ən yüksək səviyyədə təklif edən bizim gözəl Heydər Əliyev Beynəlxalq Aeroportuna uçmağa dəvət edirəm", - deyə AZAL-ın prezidenti bildirib.

Cahangir Əsgərov qeyd edib ki, yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 milyon sərnişindən artıq olmalıdır: "Bu, bizim prioritet vəzifəmizdir və biz onu yerinə yetirməliyik".

Tarix
13 Sentyabr 2018 [15:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin