Ana səhifə
18 Noyabr 2018

CinemaPlus-da “Evdən qaçan pişik” cizgi filminin azərbaycan dilində nümayişi keçirilib

 “CinemaPlus 28 Mall” premium kinoteatrında 2018-ci ildə “Cinemazadeh” studiyasında azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Evdən qaçan pişik” animasiya filminin nümayişi baş tutub.

Tədbirdə tək böyüklər deyil, həmçinin, uşaqlar da iştirak ediblər. “Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib.

Animasiya filmini Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nəzakət Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Zemfira Əbdülsəmədova, Samirə Rəcəbli, Vüqar Hüseynov və Pərviz Məmmədrzayev dublyaj ediblər. 

Dublyajın rejissoru Rövşən Məmmədli, redaktor Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşn Rüfət Kərimzadə, icraci prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.  

Ailəvi cizgi filminin rejissoru Gari Vanqdır.

Qısa məzmunu: Əksər ev pişikləri kimi bizim qəhrəman Potaş isti və rahat evdə yaşamaqdan həzz alır. Lakin onun oğlu pişik balası Otaş belələrindən deyil. O heç vaxt bir yerdə oturmağı sevmir, əksinə səyahət etmək istəyir. Çəhrayı Yuxular Vadisinə səfər etmək arzusu ilə yaşayan pişik balası uçan aparat düzəldir və onun vasitəsilə pəncərədən uçur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tarix
13 Sentyabr 2018 [15:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin