Ana səhifə
19 Noyabr 2018

Gömrükdə avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlanıb -Foto+Video

Gömrükçülər Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlayıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz C 180" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin sağ və sol yan karnizlərinin içindən üzərində "Etambutol" yazısı olan hər birində 10 ədəd olmaqla 566 konvalut və üzərində "Karipazim" yazısı olan 2 ədəd şüşə flakon dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
13 Sentyabr 2018 [16:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin