Ana səhifə
19 Sentyabr 2018

"Bir futbolçu kimi özümü sübut etmək istəyirəm" - Simeon Slavçev

"Sportinq” mənim üçün çox iddialı komanda idi. Amma heç vaxt özümü göstərmək üçün real şans verilmədi. "Sportinq" azarkeşləri Simeon Slavçevin kim olduğunu bilirlər. Onlar mənim üçün böyük məbləğ ödəndiyinin fərqindədirlər, lakin niyə meydana çıxmadığımdan xəbərsizdirlər. Bu, mənim yox, məşqçilərin və rəhbərliyin problemidir. Məni dəfələrlə öz istəyim olmadan başqa klublara icarəyə göndərdilər. "Liteks”də olduğu kimi mənim üçün düzgün qərarlar verəcəyini düşünürdüm. Səhv etdim. "Sportinq”ə keçməyim uğursuz oldu. Bu klubla bağlı xoş xatirələrim yoxdur”.

Bu sözləri "Qarabağ"ın bolqarıstanlı futbolçusu Simeon Slavçev ölkəsinin mətbuatına açıqlamasında deyib

O, hazırkı klubu "Qarabağ”da özünü xoşbəxt hiss etdiyini bildirib: "Məni burada çox uğurlu mövsümlər gözləyir. Bu kluba çox tez uyğunlaşdım. Rəhbərlik və azarkeşlər mənə hörmət edirlər. Əvvəlki klubumda isə belə şey yox idi. Bir futbolçu kimi özümü sübut etmək istəyirəm”.

S.Slavçev Topaz Premyer Liqasının 8 komandalı maraqlı çempionat olduğunu söyləyib: "Yarışda iştirak etmək istəyən klub bunun üçün bank zəmanəti təqdim edir. Maaşların ödənilməsində heç bir gecikmə yoxdur. Stadionlar kiçik, amma yeni və yaxşıdır. "Qarabağ”, "Qəbələ” və "Neftçi” kimi eyni səviyyədə üç komanda var. Son illər aktiv şəkildə rəqabət aparırlar. Bildiyiniz kimi, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bakı Dubay və Vyananın yaxşı vəhdətini təşkil edir. Mənim oranı sevirəm. İnsanlar arasında bir-birlərinə qarşı hörmət var. Bunu ilk günlərdən gördüm".

Xatırladaq ki, Slavçev zədə səbəbindən sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"lə səfərdə keçiriləcək görüşü buraxacaq.

Tarix
13 Sentyabr 2018 [13:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin