Ana səhifə
19 Noyabr 2018

Neftçalada qanunsuz ova cəhd edən ərəblər saxlanılaraq cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A. Almehemid, Nasser Saleh H. Alnuuayser, Fahad Sulaiman İ. Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

Tarix
13 Sentyabr 2018 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin