Ana səhifə
19 Sentyabr 2018

Umayra Tağıyeva: “Sentyabrın 17-dən etibarən havanın temperaturu aşağı enməyə başlayacaq”

 “Sentyabr ayının 17-dən etibarən Azərbaycanda havanın temperaturu günü-gündən aşağı enməyə başlayacaq”

Ucnoqta.az xəbər verir ki. bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

O deyib ki, hazırda ölkə ərazisində iqlim normasından yuxarı temperatur müşahidə olunur: “Ümumiyyətlə, sentyabr ayının ötən dövründə havanın temperaturu iqlim norması daxilində olub, ayrı-ayrı günlərdə normadan 1-2 dərəcə yuxarı qalxıb. Lakin ayın ikinci ongünlüyünün ikinci yarısında, yəni sentyabr ayının 17-dən başlayaraq Abşeron yarımadasında şimal küləyinin sürəti bir qədər artacaq”.

U.Tağıyevanın sözlərinə görə, sentyabr ayına xarakterik göstəricilərə uyğun olaraq, son günlər gündüz müşahidə edilən temperaturla axşam müşahidə olunan arasında fərq var: “Gecə və gündüz arasında olan temperatur fərqi avqust ayı ilə müqayisədə daha çox hiss edilir. Gündüz hava isti olsa da, axşam saatlarında sərinlik qeydə alınır”.

Şöbə müdiri qeyd edib ki, sentyabr ayının temperatur rejimi əhali, xüsusən də meteohəssas insanlar üçün əlverişlidir: “Bu il sentyabar ayının ikinci yarısında meteohəssas insanlar üçün komfort hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 30-32 dərəcədən yuxarı olmayacaq”.

Tarix
13 Sentyabr 2018 [09:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin