Ana səhifə
22 Sentyabr 2018

Məhəbbət Vəliyeva: "Rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir"

 "Son illərin təhlilləri göstərir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta və tam orta təhsil səviyyələri üzrə rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir".

Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, bəzi siniflərdə şagird sayı azlıq təşkil edir: "Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb".

Onun sözlərinə görə, bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib: "Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsinə və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".report

Tarix
12 Sentyabr 2018 [17:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin