Ana səhifə
23 Sentyabr 2018

Ac qalmaq ömrü uzadır - Alimlərdən ARAŞDIRMA

Yeməklər arasındakı fasilələrin və ya oruc vaxtının artması ümumi sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına kömək edir və ömrü uzadır.

Bu barədə ABŞ-ın Milli İnstitutunun sağlamlıq üzrə araşdırma qrupu tədqiqat aparıb. Araşdırmanın nəticələri “Science Daily” portalında yayımlanıb. Ekspertlərin apardığı tədqiqatın nəticələrinə görə, qidaların kalorili və tərkib hissələrindən asılı olmayaraq mütəmadi orucun müsbət təsirləri müşahidə olunub.

Mütəxəssislər laboratoriyada 292 siçan üzərində tədqiqat aparıb. Gəmiricilərin yarısına böyük sayda zülal və sellülozala zəngin qidalar verilib. Bu zaman heyvanlar şəkər və yağlı məhsullar az yeyib.
Bundan sonra siçanlar alt qruplara ayrılıb: Onların üçdə bir hissəsi gecə-gündüz yemək yeyib, ikinci yarımqrup 30% daha az kalori yeyib, qalan gəmiricilər gündə cəmi bir dəfə qidalanıb, lakin onların rasionun ümumi kalorisi təxminən birinci yarımqrupla uyğun gəlib.

İkinci və üçüncü hallarda heyvanların qidaları çevik yeməsi səbəbiylə qida qəbulu arasındakı vaxt intervalı artırılıb. Nəticədə siçan orqanizminin ümumi vəziyyətində yaxşılaşma müşahidə edilib ki, bu da onların ömrünə müsbət təsir edib.

“Qidaların kalorisindən və pəhrizlərin növündən asılı olmayaraq, gündəlik oruc saatını artırmaq siçanların ümumi sağlamlıq göstəricilərinin yaxşılaşmasına gətirib çıxarıb. Oruc qidanın fasiləsiz istehlakı vaxtı iştirak edə bilməyən mexanizmləri bərpa etməyə və saxlamağa imkan verir ", - deyə ABŞ-ın Milli İnstitutun “Yaşlanma Problemləri üzrə” araşdırmasının aparıcı müəllifi Rafael de Kabo bildirib.

Tədqiqatçılar qeyd ediblər ki, siçanların metabolizmi insanlarla oxşardır, odur ki, onların nəticələri insanlara da tətbiq oluna bilər. Alimlər hesab edir ki, bu araşdırmanın nəticələri insanlara bədən çəkisini sağlam saxlamağa kömək edəcək və yaşla əlaqədər olaraq meydana çıxan maddələr mübadiləsinin pozulmasının qarşısını alacaq. Alınmış məlumatlar gələcək tədqiqatlar üçün istifadə olunacaq.

Xatırladaq ki, dünya şöhrətli yapon professor, süd vəzisi xərçəngi üzrə ixtisaslaşmış cərrah və “Yaponların Qədim Qidalanma Sirri” kitabının müəllifi - Yoşinori Naqumo da iddia etmişdi ki, gündə bir dəfə yeməklə orqanizmin qocalmasının qarşısını almaq mümkündür.publika.az

Tarix
12 Sentyabr 2018 [20:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin