Ana səhifə
19 Sentyabr 2018

Qubada 4 yaşlı uşağın ölümünə görə həbs edilən qadın azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilərək həbs olunan Lalə İsrafilovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi Cinayət Məcəlləsinin 124.1-ci (səhlənkarlıqdan adam öldürmə) maddəsinə dəyişdirilib və L.İsrafilovaya 3 il şərti cəza təyin edilib.

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İsrafilova 9 il azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün o, uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılmışdı.trend

Tarix
12 Sentyabr 2018 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin