Ana səhifə
15 Noyabr 2018

Baş redaktora hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən, millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovaya cəza verilib. 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R. Qasımovun 7 il, digərlərinin hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Onlar azadlıqda olduqları üçün məhkəmə zalında həbs olunmalarını istəyib. 

Zərərçəkmiş Şirin Abdullayev heç bir şikayət və tələbini olmadığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib. 

Vəkillər isə bildirib ki, jurnalistlər Ş. Abdullayevin obyektində əxlaqsızlıq yuvası təşkil etdiyi barədə reportaj hazırlayıb saytda yayımlayıblar. Daha sonra isə qarşı tərəfin pul təklifi ilə yazını saytdan siliblər: "Burada şantaj, hədə-qorxu yoxdur. Heç olmasa dələduzluq maddəsi verə bilərdilər. İstintaq düzgün aparılmadığı üçün bəraət verilməlidir".
Məhkəmə kollegiyasının hökmü ilə hər üç şəxsə şərti cəza verilib və həbs edilməyiblər.

İttihama görə, onlar Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.
Təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

Tarix
12 Sentyabr 2018 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin