Ana səhifə
19 Noyabr 2018

Mingəçevirdə yaşayış binasında yanğın: 1 nəfər ölüb, 4-ü tüstüdən zəhərlənib

Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb.  Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb. 

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb.  Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Tarix
12 Sentyabr 2018 [13:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin