Ana səhifə
17 Noyabr 2018

Heydər Əliyev Fondu aztəminatlı ailələrin birinci sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.

Fonddan Ucnoqta.az-a verilən məlumata görə, hədiyyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanıb. Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.
Qeyd edək ki, Fond aztəminatlı ailələrin birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir. Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu layihə çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərməklə yanaşı, həm də təhsilin inkişafına öz töhfəsini vermiş olur.

Tarix
12 Sentyabr 2018 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin