Ana səhifə
19 Sentyabr 2018

Əmək münasibətləri Azərbaycan Respublikasında əsas sosial siyasətlərindən biridir

Əməyin mühafizəsi isə əmək qanunvericiliyi ilə tənzimlənir

Dünyanın bir çox ölkələrindəki kimi əmək münasibətləri Azərbaycan Respublikasında əsas sosial siyasətlərindən biridir. Dövlət tərəfindən yönələn bu siyasətin əsas mahiyyəti burada olan problemlərin aradan qaldırmaq və bununla da ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdılırmasına nail olmaqdır. Bu istiqaqmətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi siyasət uğurla həyata keçirilir. Bu siyəsət əhalinin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, dayanıqlı, etibarlı və sosial müdafiə sisteminin qurulmasına xidmət edir. Yəni, bunlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Yeni yaradılan müəssisələr, həyata keçirilən iqtisadi layihələr isə yeni texnologiyaların tətbiqinə səbəb olur, əməyin təhlükəsizliyi məsələsini gündəmə gətirir.

Beləliklə, Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması mühüm əmək normasıdır. Ona görə də, Azərbaycanda qanunvericilik aktlarında sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı müddəalar mövcuddur.

Əməyin mühafizəsi isə əmək qanunvericiliyi ilə tənzimlənir. Müasir əmək qanunveriliciyi beynəlxalq normalara söykənir. Onun ilkin müddəları Azərbaycan Respublikasının Konstitusiyasında təsbitini tapmışdır. Əmək münasibətlərini və onlarla bilavasitə bağlı olan digər  münasibətləri tənzimləyən əsas normativ-hüquqi akt qismində bu hüquq sahəsinin məcəlləşdirilmiş aktı olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi çıxış edir.  

Bu gün əməyin mühafizəsi haqqında qanunvericilik isə Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarınn və bunlara müvafiq surətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublikasının təsdiqlədiyi beynəlxalq normativ-hüquq aktlarından və dövlətlərarası müqavilələrdən ibarətdir.
İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təminatlar bu Qanunda nəzərdə tutulmuş müvafiq təminatlardan aşağı olmamalıdır. Bu Qanuna zidd olan aktlar etibarsız sayılır.

Əməyin mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar, təlimatlar bütün müəssisələr və təşkilatlar, onların vəzifəli şəxsləri, işverənlər və işçilər üçün məcburidir.
Qeyd edək ki, əmək qanunveriliciyi normalarının müəyyən edilməsi səlahiyyəti qanunverici və icraedici hakimiyyət orqanları arasında bölüşdürülmüş, habelə işəgötürənlərlə də bu sahədə müəyyən səlahiyyətlər verilib. 
Bu gün əmək qanunvericiliyində yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin istifadəyə verilmə qaydaları da tənzimlənir. Bildirilir ki, hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılması qadağandır. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı olmadan istismara verilməsi qadağandır. 

Qüvvədə olan əmək qanunvericiliyində nəinki işçilərin, o cümlədən mülkiyyətçinin və işəgötürənin əməyin mühafizəsi sahəsində vəzifələri də müəyyən olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215- ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini,normal əmək və istirahət rejiminə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini, kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.

Əmək Məcəlləsinin 216-cı maddəsində isə əməyin mühafizəsi üzrə işçilərin vəzifələri tənzimlənir. Bu maddədə bildirilir ki, işçilər əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənməli, mənimsəməli və onlara əməl etməlidir. Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək onun vəzifələrinə daxildir. Bundan başqa, işçilər verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməli, əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat verməli, müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmalı, əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etməlidir.

Qeyd edək ki, əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına nəzarət və işəgötürənlərin məsuliyyəti 235-ci maddə ilə tənzimlənir. Bu maddədə bildirilir ki, əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 

 

 

Tarix
12 Sentyabr 2018 [18:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin