Ana səhifə
16 Noyabr 2018

Millimiz çətin sınaq qarşısında - bu axşam

"Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam edir. “Ucnoqta.az” xəbər verir ki, Azərbaycan millisi bu gün seçmə mərhələdə ikinci matçına çıxacaq.

Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olacaq. İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdən xalla ayrılmağa çalışacaq. Lakin qrupun aşkar favoriti olan İtaliyanın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Renzo Barbera" stadionunda keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, komandamız "Avro-2004"ün seçmə mərhələsində də İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.

 

Tarix
10 Oktyabr 2014 [11:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin