Ana səhifə
21 Sentyabr 2018

Ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsi təklif edilir

“Ömründə bir ağac əkməyən 7 ağac kəsir”

 Azərbaycanda ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsi təklif edilir.

Bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin bugün keçirilən iclasında deputat Hüseynbala Mirələmov çıxış edib.

O deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır: “Ağacların kəsilməsi çox böyük bəladır. Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.

Deputat Cavanşir Paşazadə həmkarına dəstək verib. O deyib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.

Komitə sədri Eldar İbrahimov qeyd edib ki, ağacların kəsilməsinə görə cəzalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. O təklif edib ki, bununla bağlı Cinayət Məcəlləsinə də maddə əlavə edilməlidir: “Ömründə bir ağac əkməyən 7 ağac kəsir. Bunun qarşısını almaq lazımdır. Yaşıllıq harada varsa, sağlamlıq da oradadır”.report

Tarix
12 Sentyabr 2018 [12:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin