Ana səhifə
17 Fevral 2019

Gürcüstanda plastik paketlərdən istifadə ləğv olunur

Bu ilin oktyabrın 1-dən etibarən Gürcüstanda plastik paketlərdən istifadə tədricən ləğv olunacaq.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hökumət yaşıl iqtisadiyyat siyasətini aktiv olaraq inkişaf etdirir: “Son illər bütün dünyada plastik qablaşdırma materiallarına qarşı mübarizə aparılır. Ətraf mühitə ən çox plastik paketlər ziyan vurur. Gürcüstanda da bu sahədə ciddi problemlər var. Ona görə də hökumət tərəfindən qəbul olunmuş tənzimləmələrə əsasən, ölkədə oktyabrın 1-dən başlayaraq mərhələli şəkildə birdəfəlik paketlərin istehlakdan maksimum çıxarılması təmin olunacaq”.

Tarix
12 Sentyabr 2018 [12:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin