Ana səhifə
20 Noyabr 2018

Azercell-dən GəncOL8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET

Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom dərs ilinin başlanması ilə əlaqədar abunəçilərinə yeniliklər vəd edir.

12.09.18 – 15.12.18 tarixlərində keçiriləcək yeni kampaniya çərçivəsində GəncOL 8 tarifinə qoşulan hər bir kəs Azercell-dən AYLIQ 1GB HƏDİYYƏ əldə edəcək. Abunəçilər bu pulsuz internet paketindən ayda 1 dəfə olmaqla növəbti 3 ayda yararlana biləcəklər. GəncOL8 tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G8 yazıb 7575-ə göndərməlidirlər. Beləliklə, ayda cəmi 8 AZN ödəyib GəncOL8 tarif paketinə qoşulmaqla abunəçilər 4GB əvəzinə 5GB internet, üstəlik, GəncOL abunəçiləri arasında 400 pulsuz dəqiqə, şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.

Gənc OL8 tarifinin üstünlükləri bununla bitmir. Bu tarifə qoşulmaqla Azercell müştəriləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hal-hazırda, GəncOL paketi ilə abunəçilər 200-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
12 Sentyabr 2018 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin