Ana səhifə
17 Noyabr 2018

Bakıda mənzillər ucuzlaşıb

2018-ci ilin avqust ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1.57 faiz olub.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin stabil qaldığını qeyd edib.

Onun sözlərinə görə, mənzil bazarında qiymət azalması aktivliyin olmaması ilə bağlıdır: “Yay ayı olduğu üçün insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür”.

N.İbrahimov hesab edir ki, payız aylarında mənzil bazarında 6 faizə qədər bahalaşma ola bilər.

Tarix
11 Sentyabr 2018 [22:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin