Vaşinqtonda fövqəladə vəziyyət elan edilib

Vaşinqtonda "Florens"ə görə fövqəladə vəziyyət elan edilib

Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, şəhər meri Müriel Bouzer "Twitter" səhifəsində bununla bağlı sərəncam imzaladığını yazıb.

Qeyd edək ki, artıq dünən "Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.

Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.
Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.

Tarix
11 Sentyabr 2018 [21:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-09-11 21:40:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin